Su sızmaları. Su sızmalarının təyini və təmiri.
«Quru Ev» şirkəti müxtəlif növ borularda su sızmalarının tapılması xidmətlərini təklif edir. Su sızmalarının təmiri istilik sistemləri, isti döşəmə, kanalizasiya və s. növ boru sistemlərində həyata keçirilir.


Su Sızmalarının Termoqrafik Kamera Vasitəsilə Təyin Olunması
İstilik sistemi borularında su sızması həm mənzil sahibi, həm də aşağı mərtəbədə yaşayan qonşuların mənzilinə, ciddi maddi ziyan vura bilər. Lakin ilkin dövrdə borularda gizli və cüzi olan sızmaları aşkar etmək çətin olur. Bunun üçün, əgər “isti döşəmə sistemi”yaxud istilik sistemində təzyiqin aşağı düşdüyü, su sərfiyyatının çoxaldığı yerdə nəmişlik aşkar etdikdə, dərhal bizimlə əlaqə saxlayın ki, su sızmasının yeri dəqiq təyin olunsun və zədə operativ şəkildə aradan qaldırılsın.
Bugünkü gündə, istilik sistemlərində su sızmasının tapılması sahəsində termoqrafik metod ən effektiv metod sayılır. Termoqrafik metodu:
- divarın daxilində, döşəmə altında və kafel/metlaxın altında olan borularda su sızmaların dəqiq yeri təyini
- isti döşəmə və yerin altı ilə gedən borularda su sızmalarının tapılması
- evin divarlarında, nəmişliyin təsiri altında olan ərazilərin təyin olunması
- müxtəlif növ elektrik avadanlığı və elektrik naqillərində qızmaların təyini
üçün ən yaxşı üsuldur.
Termoqrafik metodun üstünlüyü ondan ibarətdir ki, su sızıntısının yeri dəqiq təyin olunur və bu da borularda zədənin maksimal dərəcədə operativ təmir etməyə imkan yaradır.
Su Sızmalarının Termoqrafik Kamera Vasitəsilə Aşkar Olunması
Su sızmalarının termoqrafik metodla yoxlanılması digər metodlardan fərqli olaraq borularda olan defekt və zədələri ilkin mərhələdə aşkar etməyə kömək edir. Termoqrafik kamera çox həssasdır və temperaturda olan fərqi 0,1 dərəcə dəqiqliyi ilə təyin edir. Həmçinin, bu texnologiya ilə işin xüsusiyyəti ondan ibarətdir ki, işi təhlükəsiz məsafədə aparmaq mümkündür.
Qoyulan məqsədlərdən asılı olaraq, aşağıda göstərilən xidmətlər təklif olunur:
- borularda su sızmasının tapılması
- elektrik naqillərin təhlükəsiz işinin yoxlanılması
- istilik sisteminin istifadədən əvvəl yoxlanılması
- isti döşəmə sistemlərinin təhlükəsiz işləkliliyinin yoxlanılması
Su sızmasının ilkin əlamətlərini gördükdə, bizə dərhal zəng edin. Sifarişi qəbul edib və qəza haqqında ilkin məlumatı alan kimi çevik mütəxəssisləri, mütəxəssis qrupunu Bakı, Sumqayıt və Abşeron rayonunda qeyd olunan istənilən ünvana göndəririk.
Müasir avadanlıq və tərcrübəli mütəxəsisslər tərəfindən aparılan diaqnostika, bizə su sızmalarının dəqiq və operativ təyin olunmasına imkan yaradır. Prosedur qısa bir zamanda həyata keçirilir və ərazidə yaşayan insanlar üçün narahatçılıq yaratmır. Su sızıntılarının dəqiq və operativ təyin olunmasına zəmanət veriririk!