Tel.: +994 50 5468473, +994 50 5209273
info@quruev.az

Su sızmalarının 5 əsas səbəbi

Evinizin borularında su sızmaları baş verdikdə həm özünüzün, həm də qonşularınızın əmlakına zərər vura bilər. Su sızmaların hansı yerlərdə və nə zaman vaş verməsini bilmək sizi bir çox problemlərdən qoruya bilər. Təcrübəmizə əsaslanaraq su sızmalarının 5 əsas səbəblərini sadalayırıq. 

1. Korroziya

Metal borulardan ibarət olan santexnika sistemləri zaman keçdikcə korroziyaya uğrayır. Pas və korroziyanın digər formaları həmin boruları sıradan çıxarır və suyun borulardan sızmasına səbəb olur. Adətən sinklənmiş polad borular 20 ildən sonra sıradan çıxır. Eyni zamanda suyun tərkibində olan mineralların miqdarı çox olduqda, korroziya daha tez başlaya bilər. 

2. Zədələnmiş boru birləşmələri

Boru sistemlərinin ən həssas hissəsi birləşmələrdir. Boru birləşmələri düz boruların əyilən hissələrində onları biri birinə müxtəlif bucaq (45, 90) altında birləşdirir. Su təzyiqi yüksək olduqda və suyun temperaturu kəskin dəyişdikdə, həmin birləşmələr sıradan çıxaraq suyun borulardan sızmasına səbəb olur. 

3. Yüksək su təzyiqi

Evdə yüksək su təzyiqinin müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də var. Belə yüksək təzyiq altında olan su borunun daxilinə çırpınaraq bir müddətdən sonra borunun sıradan çıxması və su sızıntılarının yaranması risklərini artırır. Bəzi hallarda isə həddindən artıq olan su təzyiqi boruların partlaması ilə nəticələnə bilər. Bəzi boruların su təzyiqinə dözümlülüyü 4 bardan (60 psi) artıq deyil. 

4. Boruların tutulması

Su və kanalizasiya borularının daxildən tutulmasıda su sızıntılarına səbəb olur. Belə ki, tutulmuş borunun daxilindən keçən suya maneə yaranır və artan təzyiq boruların zədələnməsinə gətirib çıxarır. Həmin zədəli yerlərdən isə su sızıntısı başlayır. 

5. Birləşmələrin boşalması

Borular ilə şlanqların birləşmələrində boşluqlar su sızmasına səbəb ola bilər. Bu adətən işləyərkən hərəkətə məruz qalan məişət əşyalarının su birləşmələrində rast gəlinir. Misal üçün, paltar yuyan maşının daxilində olan elementlər fırlanarkən sirkələnmə hərəkəti yaradır. Bu isə şlanqla paltar yuyan maşının birləşən yerlərində boşalmalara səbəb olur. Bu vəziyyət davam etdikdə həmin boşluqlardan su sızmağa başlayır. 

Leave a Reply

Your email address will not be published.