Tel.: +994 50 5468473, +994 50 5209273
info@quruev.az

KIF VƏ GÖBƏLƏYIN TƏMİZLƏNMƏSİ

“Quru Ev” şirkətinin mütəxəssisləri yaşayış və qeyri-yaşayış məntəqələrində kifin məhv edilməsi məqsədilə tədbirlər həyata keçirirlər. Müasir avadanlıq və texnologiyalardan istifadə edərək mütəxəssislərimiz kif və göbələyi həm bütün növ materialların üzərindən təmizləyir, həm də göbələyin gözə görünməyən gözənəklərini məhv edir.

Полное уничтожение плесени

Əvvəl

Sonra

Kiflə mübarizədə peşəkar xidmətlər

Əgər evinizdə qara, ağ, mavi, yaxud yaşıl kif və göbələyin əlamətlərini görsəniz, durmadan mütəxəssislərə zəng edin. Nə qədər tez bizimlə əlaqə saxlasanız, problemi həll etmək, o qədər asan və ucuz başa gələ bilər.

Əgər evinizdə qara, ağ, mavi, yaxud yaşıl kif və göbələyin əlamətlərini görsəniz, durmadan mütəxəssislərə zəng edin. Nə qədər tez bizimlə əlaqə saxlasanız, problemi həll etmək, o qədər asan və ucuz başa gələ bilər.

Evlərin kifdən dezinfeksiya edilməsi sağlam mikroiqlim yaradır və evdə yaşayan insanların səhhətinə müsbət təsir edir. Əgər bu tədbirlər vaxtında keçirilmirsə, aşağıda sadalanan halların baş verməsi riskləri artır:

  • Yeyinti məhsullarının yararsız hala düşməsi
  • Еv əşyalarının yararsız hala düşməsi
  • Evin daxilinin görüntüsünün pozulması.
  • Evdə yaşayan insanlarda allergiyaların artması, bu da öz növbəsində üst tənəffüs yollarının patologiyasına gətirib çıxara bilər.

Unutmayın ki, kiflə mübarizə səhhətinizə müsbət təsir edə bilər. Bədənimizin immun sistemi bizi əhatə edən bir çox göbələklərin öhdəsindən özü gəlir. Lakin patoqen mikroflora ilə daima təmasda olmaq immun sistemi zəif olan yaşlılar və uşaqlara mənfi təsir edə bilər.  

Müasir texnologiyalar divar, tavan, parka, taxta və digər tikinti materiallarının kifdən təmizlənməsinə imkan verir.

Şirkətimizin mütəxəssislərinə müraciət etsəniz, biz sizə bu problemlərdən qurtarmanıza yardımçı ola bilərik. Bəzi profilaktik tədbirlər görülərsə, kif və göbələkdən həmişəlik azad ola bilərsiniz. Göstərdiyimiz xidmətlərin haqqı, kif və göbələkdən evinizə və səhhətinizə dəyən zərərlə müqayisədə cüzidir.