KIF VƏ GÖBƏLƏYIN OZONLA TƏMIZLƏNMƏSI
Şirkətimizin istifadə etdiyi müasir avadanlıq və effektiv metodlar insan və ev heyvanlarına təhlükə törətmir. Eyni zamanda, bu metodlar kifdən təmizlədiyimiz divar və tavanın zahiri görünüşünə də mənfi təsir etmir.
Dezinfeksiya proseduru, mənzil və evin sahəsindən asılı olaraq 30 dəqiqədən 4 saatadək çəkə bilər.
Evin havasının ozonla dezinfeksiya edilməsi kifdən azad olmanın həm effektiv, həm də tez texnologiyasıdır.

OZON KIFI MƏHV EDIR
Kif və göbələk insan səhhətinə neqativ təsir edə bilər. Kiflə daima təmasda olarkən, kifin gözənəkləri insanın bronxlarına, ağ ciyərə, burnun selikli qişasına yol taparaq allergiya yaradır və bəzi xəstəliklərin yaranmasına yardımçı olur. Adətən kifi divarlarda yaxud tavanda qara ləkələrdən tanımaq olur. Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron yarımadasında yerləşən mənzil və evlərdə tez-tez rast gəlinir. Əgər yaşadığınız yerdə kifin əlamətlərini görürsünüzsə, vaxt itirmədən mütəxəssislərə müraciət etmənizi məsləhət edirik.
Kiflə necə mübarizə aparmaq olar? Ənənəvi yollarla kiflə mübarizə aparmaq adətən nəticəsizdir. Siz onu divarın səthindən yuyub təmizləyə bilərsiniz, lakin bunun effektivliyi qısa müddətli olacaq…. Siz ancaq kif və göbələyin gözə görünən hissələrini məhv etmiş olarsınız, lakin onların dərində olan kökləri və gözənəkləri yenidən inkişaf edib divarın (yaxud tavanın) səthinə yenidən zərər vuracaq. Bu səbəbdən bu işi mütəxəssislərə həvalə etməklə, Siz həm vaxtınıza, həm də maliyyənizə qənaət etmiş olarsınız.
Ev və mənzilləri ozonla dezinfeksiya etməklə biz, kif və göbələyin həm görünən hissələrini, həm də görünməyən gözənəklərini məhv edirik!
Ozon dezinfeksiya.Ozonla dezinfeksiyanın üstünlükləri:
- Evinizi ozonla dezinfeksiya etdikdən sonra təmizlik işlərini aparmağa ehtiyac yoxdur. Evdə olan bütün əşyaların səthi sterizə olunmuş olur!
- Ozonla dezinfeksiyadan sonra evinizdə xoşa gəlməz qoxular qalmır!
- Ozon evinizin bütün həcmini dolduraraq əl çatmaz yerlərdə belə kifi məhv edir!
- Ozonla dezinfeksiya bir neçə əsas problemin həllini təmin edir: xoşa gəlməz qoxuları aradan götürür, dezinfeksiya edir və kifin gözənəklərini məhv edir!
Ozondan istifadə etməzdən əvvəl aşağıdakı tədbirləri həyata keçirmək vacibdir:
- Ev heyvanlarını ərazidən çıxarmaq
- Evdən bitkiləri çıxarmaq
- Qapıları və pəncərələri bağlayaraq evi (30 dəq. – 3 saat müddətində) tərk etmək.
Evninizi kifdən təmizləmək istəyirsiniz? Bizə zəng edin! Bizim mütəxəssislər tez bir zamanda evinizi ziyanlı kif və göbələkdən təmizləyərək Sizi bu problemdən azad edə bilər!