Tel.: +994 50 5468473, +994 50 5209273
info@quruev.az

Layihələrimiz

Problem:  Müştəri bizimlə əlaqə saxlayaraq evində kif olduğunu bildirdi. Yataq otağı və mətbəxin divarlarında qara ləkələrin əmələ gəldiyi və həmin ləkələrin tədricən divarın digər sahələrinə keçdiyini də bildirdi. Bundan əlavə müştəri evdən xoşa gəlməz qoxuların gəlməsi və həmin qoxuların paltarlara keçməsini də qeyd etdi.
Kifin digər mənfi təsirlərindən biri də ev sakinlərində müxtəlif allergiya reaksiyaları, qaşınmalar, evdə nəfəs aldıqda tənəffüs yollarında ağırlıq hiss edilməsidir.
İnspeksiya: İnspeksiya zamanı kifin əsasən mənzilin iki çöl divarlarından (mənzil yelçəkəndir) başlandığı aşkar olundu. Mənzil Sovet tipli “Fransız layihəsi” adlanan binada yerləşirdi. Bina panel bina idi və mənzil 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir.
Mənzil ən yuxarı mərtəbədə olduğundan mütəxəssislərimizin ilkin şübhələndiyi səbəb damdan su sızıntılarının olması oldu. Lakin inspeksiya zamanı divarın (tavana yaxın olan hissəsində) nəmişliyin səviyyəsini ölçərək, həmin sahələrdə nəmişliyin normada olduğunu aşkar etdik.
İnspeksiyamız kifin yaranmasının iki əsas səbəbini aşkarladı: 1. Kondensasiya; 2. plastik pəncərələrin ətrafından divarlara su sızması.
  1. Binanın çöl divarları izolyasiya olmadığından ilin soyuq aylarında həmin divarların temperaturu evin daxilindəki digər divarlardan aşağı olur. Bu da öz növbəsində kondensasiyanın yaranmasına səbəb olur.
  2. Yataq otağının pəncərəsinin yanları və xüsusilə alt hissəsi ilə divar arasındakı izolyasiya zəif olması yağış sularının divarın daxili (pəncərənin altından) hissəsinə sızır və otaqda əlavə nəmişlik mənbəyinə çevrilir.
Problemin aradan qaldırılması: Problemin mənbəyinin tapılması həmişə ilkin və vacib addımdır. Göstərilən iki səbəbi aşkarladıqdan sonra kifin təmizlənməsinə başladıq.
  1. İlkin addım kimi, mənzil daxili göbələyin gözə görünməyən sporlarını (toxumunu) məhv etdik. Bu addım çox mühümdür, çünki kifin divar (tavan, döşəmə və s.) səthindən təmizlənməsi kifayət deyil. Göbələyin aktiv koloniyaları olduqda, sporlar kütləvi şəkildə havaya atılır və özünə evin daxilində yeni məkan tapır.
Göbələyin sporlarının məhv edilməsi üçün ozon (O3) terapiyasından istifadə etdik.
  1. Beləliklə, kifin aktiv sporlarını məhv etdikdən sonra, kifə yoluxan ərazilərin təmizlənməsinə başladıq.
    Haqqında yazdığımız mənzildə kif uzun müddət olduğundan, göbələk suvağı sıradan çıxartmışdı. Bunun üçün üzlük və altlıq suvağı divardan qaşımalı olduq. Bundan sonra isə, paneli xüsusi ilə bu məqsəd üçün hazırlanmış kimyəvi maye ilə təmizlədik. Ən sonda yeni üzlük vuruldu və divara boya çəkildi.
  2. Pəncərənin ətrafları yenidən xüsusi izolyasiya materialı ilə dolduruldu və gələcəkdə su sızmalarının qarşısı alındı.
  3. Bununla işimiz bitmədi. Kifin təmizlənməsinə baxmayaraq bir müddətdən sonra yenidən əmələ gəlməsi hallarına tez tez rast gəlinir. Bu da əsasən yaşayış (və ya sənaye) məntəqəsində nəmişliyin normadan artıq olması səbəbiylə olur. Kifin yenidən əmələ gəlməməsini təmin etmək üçün müştərini ev daxili nəmişliyin normada saxlanması yolları ilə tanış etdik.

*Mütəxəssislərimiz 30 gündən sonra bu mənzilə yenidən baş çəkib mənzilin prosedurdan sonrakı vəziyyəti ilə tanış olacaq.

Su sızması