İsti döşəmələrin ev və mənzillərdə quraşdırılmasına son zamanlar çox tez-tez rast gəlmək olur. Bu sistem evlərin hamam, sanitar qovşağı, mətbəx və adi otaqlarında quraşdırılır. İsti döşəmə sistemində su sızmaları baş verdikdə, qızdırıcının təzyiqi dərhal düşür.
İsti döşəmələrdə su sızmaları bir neçə səbəbdən baş verir. Ən çox rast gəlinən səbəb – keyfiyyətsiz borulardır. Beləki boruların müxtəlif sahələrində boru divarının qalınlığı fərqli olur və yüksək temperatur və təzyiq yarandıqda borunun həmin sahələri sıradan çıxaraq su sızmasına səbəb olur. İkinci səbəb – keyfiyyətsiz boru birləşmələri. Üçüncü səbəb – ehtiyatsızlıq. İsti döşəmə quraşdırılandan sonra boruların üstü ilə gəzərkən, yaxud montaj işləri görərkən həmin boruları zədələyə bilərsiz. Zədələnən borular deformasiyaya uğrayır, onların üzərində kiçik çatlar əmələ gəlir və bu da su sızmalarına səbəb olur. Dördüncü səbə – isti döşəmə üzərinə betonun tökülməsində səhvlər.
Quru ev mütəxəsissləri isti döşəmədə olan su sızmalarını termoqrafik metod və akustik avadanlıq vasitəsilə qısa zamanda təyin edir.