Tel.: +994 50 5468473, +994 50 5209273
info@quruev.az

Evinizi su basıb?!

Əgər evi su basarsa nəticələrini necə aradan qaldırmaq olar?

Evinizi və yaxud ofisinizi gözlənilmədən suyun basması aşağıdakı sadalanan nəticələrə gətirib çıxarır:

  • Divar kağızı sıradan çıxır, divar boyası və üzlük/altlıq alçı (şpaklovka) tökülür
  • Tavanda ləkələr əmələ gəlir və gips tökülür
  • Linoliumun altına su yığılır və döşəmənin altını sıradan çıxarır
  • Beton arakəsmələri və divarın taxta hissələrini su çəkir
  • Parket döşəmədə şişmə, çatlar əmələ gəlir və parket qaralır
  • Laminat döşəmə şişir və üzü sıradan çıxır
  • Elektrik naqilləri və elektrik mənbəylərinin kontaktları sıradan çıxır və korroziyaya məruz qalır. 

Evi su basdıqda, yuxarıda sadalanan fəsadlardan əlavə evdə kif və göbələk də əmələ gələ bilər. Bu isə daha çox evdə yaşayan insanların səhhətinə mənfi təsir göstərir.  Beləliklə, evi su basdıqda, fəsadları aradan qaldırmazdan əvvəl vacib olan şey, borularda olan su sızmaların tapılmasıdır. Divarda sarı ləkələrinin yaxud nəmişlik izlərinin yaranması divar daxilində boruda su sızmasının göstəricisi ola bilər. Vaxtında tədbirlər görülməsə su sızması güclənə bilər və evi su basa bilər. Müasir avadanlıqlar divarı dağıtmadan su sızmalarının yerinin dəqiq tapılmasına imkan yaradır. Su sızmasını təyin edən mütəxəssislər sızmanın yerini dəqiq təyin edərək, nasazlığı yerindəcə aradan qaldıra bilərlər. Evi su basdıqda və vaxtında qurudulmadıqda bəzi yerlərdə kif əmələ gəldikdə nə etməli? Böyük xərc tələb edən təmiri etdirmədən kifi təmizləyib bu vəziyyətdən çıxış yolu tapmaq olarmı? Əlbəttə ki, çıxış yolu müasir metodlarla yaşayış yerini ozonlayıb, kif və göbələyi məhv edərək təmizləməkdir. “Quru Ev” şirkəti borularda su sızmalarını tapır, təmir edir və həmçinin müasir texnologiyalardan istifadə edərək kif və göbələyi təmizləyir. Bizimlə tezliklə əlaqə saxlayın, yaxınlarınızın sağlamlığının qeydinə qalın.