Kif və nəmlə mübarizə
«Quru ev» şirkəti sizə xüsusi avadanlıqlar və kimyəvi məhlullarla evinizdə və obyektlərinizdə nəmliyin yaratdığı kifin (göbələk xəstəliyinin) aradan qaldırılmasını və təkrar yaranmasının qarşısının alınması xidmətini təqdim edir.VACİB! Kif göbələyi tərkibində toksik maddələrin bol olduğu canlı orqanizmdir. Onun tərkibində olan toksik maddələr insan orqanizminə ciddi ziyan vurur, xüsusilə də qaraciyəri zədələyir. Tədqiqatlar göstərir ki, uzun müddət kif göbələyinə məruz qalan insanlarda qaraciyər xərçəngi təhlükəsi var
Kif və nəmin yaratdığı fəsadlar:
1.Yaşam komfortunun pozulması (vizual, estetik görünüş)
Ø Xoşagəlməz qoxu (bəzən onu zirzəmi qoxusu, yaxud durğun su qoxusu adlandırırlar)
Ø Divarlarda qara və yaxud boz-yaşıl göbələk ləkələri
2. Xəstəliklərin təzahürü
Ø Dermatoz, mikoz, göbələk və s. simptomların allergik təzahürü
Ø Böyük ehtimalla qaraciyər xərçənginin yaranması riski
Ø Tənəffüs sistemi və selikli qişada xəstəliklərin yaranması (astma, pnevmoniya, sinuzit, haymorit və s.)
Kif və nəmlə mübarizə:
«Quru ev» şirkəti evinizi müasir dövrə uyğun olan dezinfeksiya üsulu ilə Ozon O³ qazından istifadə etməklə kif göbələyini kökündən məhv edir, kimyəvi məhlullarla kifin yaratdığı ləkələri aradan qaldırır və təkrar yaranmasının qarşısını alır.